Etna vulkanı yenidən fəallaşıb

Etna vulkanı yenidən fəallaşıb
  12 Fevral 2022    Oxunub:2274
İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.
AzVision.az xəbər verir ki, Siciliya adasındakı 3326 metrlik Etna vulkanının cənub-şərqindəki kraterdə bu il ilk dəfə lava axınları müşahidə olunub, yaranan duman geniş əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, vulkandan lava axını gecə boyunca davam edib. Dumanın 10 min metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də toz dumanı yayılıb. Lakin bu, vulkanın yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanının fəaliyyətinə təsir göstərməyib.

AzVision.az



Teqlər: Etna   Vulkan  



Xəbər lenti