Səfir Türkiyədə müalicə alan qazilərə baş çəkib - FOTO

Səfir Türkiyədə müalicə alan qazilərə baş çəkib -  FOTO
  12 Fevral 2022    Oxunub:2579
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "YAŞAT" Fondunun dəstəyi ilə İstanbul Cərrahiyyə Sağlamlıq Mərkəzində müalicə alan qazilərimizi ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.

R.Məmmədov və səfirliyin hərbi attaşesi Müşfiq Məmmədov qazilərimiz Vahid İmanlı, Yaqub Qəhrəmanlı, Qismət Həşimov, Samurat İbrahimov və Xəyal Qurbanova baş çəkib,onların sağlamlıq vəziyyəti ilə maraqlanıblar.



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rəşad-Məmmədov   Qazi   Ziyarət  



Xəbər lenti