Çavuşoğlu belaruslu həmkarı ilə Ukraynanı müzakirə edib

 Çavuşoğlu belaruslu həmkarı ilə Ukraynanı müzakirə edib
  12 Fevral 2022    Oxunub:1357
Belarusun və Türkiyənin xarici işlər nazirləri Vladimir Makey və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin məlumat yayıb. Bildirilib ki, nazirlər əsasən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıldı. Dünyanın informasiya sahəsinin yalan məlumat və dezinformasiya ilə həddən artıq yüklənməsi, o cümlədən Belarus ərazisindən Ukraynaya hücum planları və Rusiya-Belarus təlimləri ətrafında digər uydurmalarla bağlı açıq-aşkar yayılan saxta məlumatlar üzərində dayandıq", - açıqlamada deyilir.

XİN rəhbərləri, həmçinin Belarus-Türkiyə münasibətləri, ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın inkişafına toxunublar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Çavuşoğlu   Makey  



Xəbər lenti