Fransa sanitar pasportu ləğv edir
“Omikron” variantının yayılmasından əvvəl olduğu kimi, ölkəsindən asılı olmayaraq, turistlər Fransaya gəlmək üçün sadəcə peyvənd olunduqlarını göstərən sənədlə sərhədi keçə biləcək”, - hökumətin press-relizində deyilir.
Fevralın 28-dən isə Səhiyyə Nazirliyi qapalı yerlərdə sanitar pasportun varlığı halında maska taxılması qaydasını ləğv edəcək. Yalnız nəqliyyatda və qapalı yerlərdə maska taxmaq məcburi olacaq. Sanitar pasportun əhatə etdiyi digər qapalı yerlərdə maska taxmaq artıq məcburi olmayacaq”, - məlumatda vurğulanıb.
Ölkənin səhiyyə naziri Olivye Veran və hökumətin sözçüsü Qabriel Attal Fransada yaza qədər sanitar pasportun ümumiyyətlə ləğv edilə biləcəyini söyləyiblər.
AzVision.az
Teqlər: Fransa Sanitar-pasport







Vaxtında, Aydın, Lazımlı!


