Çavuşoğlu Qərbi Ukrayna ilə bağlı çaxnaşma salmamağa çağırıb
“Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmazdı. Əgər belə bir vəziyyət olmayacaqsa, qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar".
Türkiyənin xarici işlər naziri bildirib ki, qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir.
“Moskva bunu qəti şəkildə inkar edir və heç kimə hədə-qorxu gəlmir. NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi də bütün bu ittihamlardan sonra baş verir” - , deyə Mövlud Çavuşoğlu əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


