"Ukraynaya hücumla bağlı deyilənlər yalandır" - Zaxarova
“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - Zaxarova bildirib.
O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.
"Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər" - Zaxarova əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


