“Çelsi” dünya çempionu oldu

Əsas 90 dəqiqədəki hər iki qol ikinci hissəyə təsadüf edib. 58-ci dəqiqədə Romelu Lukaku hesabı açsa da, 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qoluna imza atıb – 1:1.
Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib. Bu, “Çelsi”nin mundialda ilk qızıl medalı olub.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin “Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
AzVision.az