"Real Madrid"in qorxduğu üç türk

"Real Madrid"in qorxduğu üç türk
  03 Aprel 2013    Oxunub:1708
Kral klubunun baş məşqçisi Joze Mourinyo Drogba, Sneijder və Burak Yılmazdan çəkindiklərini deyib.
Bu gün axşam Çempionlar Liqasının dörddə bir final mərhələsində Qalatasarayla qarşı-qarşıya gələcək “Real Madrid”in baş məşqçisi bu oyunda qələbənin mütləq olduğunu deyib.

Rəqibin şansını da yüksək qiymətləndirən Mourinyo :“Qalatasarayın çox təcrübəli və dahi bir məşqçisi var. Bu tip oyunlarda geniş təcrübəyə malik futbolçular var. Fatih Terim mənim yaxın dostumdur. Rəqib komandada olan güclü futbolçulara gəlincə, Drogba, Sneijder və Burak Yılmazı qeyd etmək kifayətdir. Oyunları göz qabağındadır, artıq sözə ehtiyac yoxdur”. -deyə bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti