Ukrayna və Türkiyə XİN başçıları nəyi müzakirə ediblər ?

   Ukrayna və Türkiyə XİN başçıları nəyi müzakirə ediblər ?
  13 Fevral 2022    Oxunub:1740
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon söhbəti olub. AzVision.az xəbər verir ki, bu barədə Kuleva öz Tvitter səhifəsində məlumat yayıb.
Onlar Qara və Azov dənizlərindəki təhlükələri, eləcə də ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Türkiyəli vəzifədaşım və dostum MevlutÇavuşoğlu ilə Rusiyanın yaratdığı təhlükəsizlik böhranı, Qara və Azov dənizlərindəki təhdidlər, gərginliyi azaltmağın diplomatik yolları ilə bağlı telefon danışığı. Ankaranın səylərini alqışlayıram. Ukrayna-Türkiyə hərbi-texniki əməkdaşlığının inkişafı müzakirə olunub", - deyə Kuleba "Twitter" səhifəsində yazıb.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti