Ərdoğan Azərbaycan pavilyonunu ziyarət edəcək

   Ərdoğan    Azərbaycan pavilyonunu    ziyarət edəcək
  13 Fevral 2022    Oxunub:1771
Fevralın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə iki günlük rəsmi səfəri başlayacaq. Səfər ikitərəfli münasibətlərin normallaşmasından və qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı qərarlardan sonra həyata keçirilir.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Əmirliklərə səfərinin ikinci günündə Dubaya gedəcək və burada Ümumdünya Expo 2020 sərgisini ziyarət edəcək.

Ərdoğan sənayeləşmənin simvolu, texniki və texnoloji nailiyyətlərin nümayişi üçün açıq platforma olan beynəlxalq sərgi çərçivəsində “Türkiyə Milli Günü”nün açılışında iştirak edəcək.

Prezident Ərdoğanın BƏƏ və Azərbaycan pavilyonlarını da ziyarət edəcəyi gözlənilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti