“Bizə ümid olmayın” – Norveçdən Avropaya qaz mesajı

      “Bizə ümid olmayın”    – Norveçdən Avropaya qaz mesajı
  13 Fevral 2022    Oxunub:1948
Norveçin ən böyük enerji şirkəti olan “Equinor” şirkəti bildirib ki, artıq tam gücü ilə işləyir və bundan sonra Avropaya qaz tədarükünü artıra bilməyəcək. “Rusiyadan idxal dayandırılacağı təqdirdə Norveçin Avropa üçün edə biləcəyi heç nə qalmayıb”,- deyə şirkətin rəhbəri Anders Opedala yerli televiziyaya müsahibəsində bildirib.
“Bloomberg” qeyd edir ki, Avropanın qaza ehtiyacının 20%-dən çoxunu təmin edən enerji nəhəngi regionda yanacağın qiymətləri rekord həddə çatandan sonra Şimal dənizindəki böyük yataqlarda hasilatı artırıb. Amma şirkət artıq öz limitinə çatıb.

Bir qədər əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ Brüsselin Rusiyadan qaz ixracı perspektivləri ilə bağlı narahatlığı fonunda ABŞ və digər ölkələrlə Avropaya qaz tədarükünü müzakirə edir.

“Shell” şirkətinin rəhbəri Ben van Berden öz növbəsində deyib ki, Rusiyadan Avropaya qaz nəqlində fasilə yaranarsa, şirkət köməyə gələcək və Avropanı qazla təmin etmək üçün əlindən gələni edəcək. Lakin Birləşmiş Ştatların Aİ-yə tədarükü genişləndirmək üçün danışıqlar apardığı Qətər bəyan edib ki, onda hələ ki artıq sıxılmış təbii qaz yoxdur.

Qeyd edək ki, hazırda Rusiya qazı Avropanın ehtiyaclarının üçdə birindən çoxunu təmin edir.

Nadir Quliyev
AzVision.az



Teqlər: Qaz   Energetika   Böhran  





Xəbər lenti