İraq Fransadan qırıcılar alacaq

İraq Fransadan qırıcılar alacaq
  14 Fevral 2022    Oxunub:1319
İraq hakimiyyəti 240 milyon dollara 14 ədəd Fransanın istehsalı olan çoxməqsədli “Rafale” qırıcısını almaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.

“NAMEA Group” geosiyasi konsaltinq şirkətinin rəhbəri, İraqın sabiq daxili işlər naziri və Müdafiə Nazirliyinin baş katibi olmuş Norman Riklefsin sözlərinə görə, 240 milyon dollar pulla deyil, neftlə ödəniləcək.

Həmçinin, onun dediyinə görə, Fransa İraqa 20 pilotsuz təyyarə satmağı təklif edib: “Hazırda İraqın Müdafiə Nazirliyi texniki analizlər aparır. Müqavilə hələ imzalanmayıb".

Bundan əlavə, İraq nümayəndə heyəti pilotsuz təyyarələrin keyfiyyətini yoxlamaq üçün yaxın vaxtlarda Fransaya səfər etməyi planlaşdırır.

Riklefs bildirib ki, İraq Pakistanla da dronlarla bağlı danışıqlar aparır: “Pakistan İraqa 20 pilotsuz təyyarə satmağı təklif edib, Müdafiə Nazirliyi hələ ki, bu təklifi təhlil edir".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İraq   Fransa   Qırıcı  



Xəbər lenti