Ermənistanda virusa yoluxanların sayı 407 mini keçib

Ermənistanda virusa yoluxanların sayı 407 mini keçib
  14 Fevral 2022    Oxunub:1178
Ermənistanda son sutka ərzində daha 695 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 407 074 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 186-a yüksəlib. Aktiv xəstələrin sayı 21 702 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1569 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti