"Kiyev NATO-ya üzv olmaqdan imtina edə bilər" - Səfir

   "Kiyev NATO-ya üzv olmaqdan imtina edə bilər" -    Səfir
  14 Fevral 2022    Oxunub:1578
"Ukrayna müharibədən qaçmaq üçün NATO-ya üzv olmaq istəyindən əl çəkə bilər".
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko “BBC”yə deyib.

"Biz problemi həll etməyin ən yaxşı yolunu tapmağa çalışırıq. Əgər ciddi güzəştlərə getmək lazım gəlsə, bunu edə bilərik", - səfir aparıcının Kiyev hakimiyyətinin bu ideyadan imtina etmək imkanını nəzərdən keçirirməsi barədə sualına cavabda söyləyib.

Son aylar ABŞ və digər NATO ölkələri Moskvanı Ukraynaya qarşı işğal hazırlamaqda ittiham edirlər. Belə ki, media ABŞ prezidenti Co Baydenin Avropa liderlərinə Rusiyanın fevralın 16-da qonşu dövlətə “hücum” edəcəyini dediyini yazır. Rəsmi Moskva isə işğal barədə iddiaları rədd edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna   NATO  



Xəbər lenti