İtaliyanın XİN başçısı Rusiya və Ukraynaya səfər edəcək

İtaliyanın XİN başçısı Rusiya və Ukraynaya səfər edəcək
  14 Fevral 2022    Oxunub:1479
İtaliyanın xarici işlər naziri Luici Di Mayonun Rusiya və Ukraynaya səfəri üzərində iş aparılır.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbədən məlumat verilib.

“Səfərin hazırlanması üzərində iş gedir”, - XİN-dən bildirilib.

Bundan əvvəl “La Stampa” qəzeti yazıb ki, İtaliyanın XİN başçısı Ukrayna ətrafında yaranmış vəziyyətə görə bu həftə Moskvaya və Kiyevə səfər edə bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İtaliya-XİN   Səfər  



Xəbər lenti