Keçmiş kəşfiyyatçı amerikalıların zəif yerini açıqladı

   Keçmiş kəşfiyyatçı amerikalıların zəif yerini açıqladı
  14 Fevral 2022    Oxunub:2178
"Sadə amerikalıların əksəriyyəti həqiqəti yalandan ayıra bilmir. Ona görə də onları idarə etmək asandır". AzVision.az xəbər verir ki, bunu Kubanın keçmiş dövlət təhlükəsizlik agenti Persi Alvarado Ukrayna mətbuatına verdiyi açıqlamada deyib.
- Mən amerikalıları "Axilles daban"ı olan böyük xalq hesab edirəm. Onlar yalana əl atan hökumətin və medianın özlərilə manipulyasiya etməsinə imkan verirlər,- Alvarado deyib.

"Üçüncü Dünya müharibəsi olmayacaq" - Kedmi
Keçmiş kəşfiyyatçı belə hesab edir ki, Ağ Evin NATO-nu Ukrayna ətrafında vəziyyəti gərginləşdirməyə sövq etmək üçün səhnələşdirdiyi media “şouları” Vaşinqtonun hazırkı geosiyasi vəziyyəti dəyişmək cəhdlərini nümayiş etdirir.

- İnhisarçı medianın köməyi ilə yaradılan Rusiyanın “şeytanlaşdırılması” kampaniyasından ABŞ-ın ənənəvi müttəfiqləri arasında mövqeyini gücləndirmək üçün istifadə olunur, - deyə kubalı keçmiş kəşfiyyatçı bildirib. Alvardo belə qənaətinə görə, Bayden administrasiyası hətta əsassız arqumentlərdən də istifadə etməyə hazırdır ki, ABŞ-ın sarsılan fövqəldövlət mövqeyini gücləndirsin.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   NATO   Rusiya  



Xəbər lenti