"BƏƏ-də Rusiya-Ukrayna məsələsi müzakirə ediləcək" - Ərdoğan
O bildirib ki, bu məsələ ilə bağlı nə kimi addımlar ata biləcəyimiz üzərində israrla dayanacağıq.
"Bu gün və sabah keçirəcəyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi, eləcə də regional və beynəlxalq hadisələri ətraflı müzakirə edəcəyik”, - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, bu gün Ərdoğan BƏƏ-yə səfərə yola düşüb. Bundan əvvə Türkiyə lideri rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenskini ölkəsinə dəvət edib. Hər iki tərəf dəvəti qəbul edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


