Ukraynada qadınlar və yaşlılar da müharibəyə qatılacaq - FOTOLAR

 Ukraynada qadınlar və yaşlılar da müharibəyə qatılacaq -    FOTOLAR
  14 Fevral 2022    Oxunub:2341
Şərqi Avropada Rusiya-Ukrayna böhranı hər ötən gün böyüyür. ABŞ, Avropa İttifaqı və NATO Rusiya ilə əlaqə qurmağa çalışarkən, Ukrayna da mülki vətəndaşlarını müharibəyə hazırlaşdırır. AzVision.az xəbər verir ki, dünya mediasında yayımlanan videolarda qadın-kişi, cavandan qocaya qədər hər kəsin silah əlində təlim keçməsi ilə bağlı görüntülər yer alıb.
Qeyd edək ki, Almaniyanın "Der Spiegel" xəbər jurnalının ötən günlərdə səsləndirdiyi "Rusiya Ukraynanı fevralın 16-da işğal edəcək" iddiasından sonra yeni tarix ortaya atılıb.

Müharibənin bu həftə başlaya biləcəyini ABŞ-ın İsrail rəhbərliyinə çatdırdığını yayan“Haaretz" qəzeti Tel-Əvivin vətəndaşlarını Ukraynadan təxliyə etmək üçün səylərini sürətləndirdiyini yazıb.

Yaxınlaşan bu tarixlər Ukraynada böyük həyəcana səbəb olub. Rusiya prezidenti Vladimir Putinin Belarus sərhədinə yaxın olan Kiyevə birbaşa işğal cəhdi ssenarisinə hazır olduqlarını açıqlayan mer Vitali Kliçko şəhərdə fövqəladə vəziyyət elan edib və əhalinin şəhərdən çıxarılması üçün bütün işlərin başa çatdığını açıqlayıb.



İşğalın hər an başlaya biləcəyi və evakuasiya işlərinin başa çatdırılması ilə bağlı yayılan xəbərlər dinc əhali arasında böyük panika yaradıb. Paytaxt Kiyevdə Ukrayna ordusu mülki əhaliyə hərbi təlim keçməyə başlayıb.

Qeydə alınan son görüntülərdə ordunun ehtiyat hissələri müharibə vəziyyətində mülki şəxslərə ilkin silah təlimi keçir. Könüllülərdən ibarət qruplarda bütün yaş qruplarından iştirakçılar olub.

Təlim böyük marağa səbəb olsa da, paylaşılan görüntülər sosial mediada da böyük əks-səda doğurub. “Ukrayna müharibəyə hazırdır” şərhləri ilə paylaşılan fotolar Rusiyaya “qorxmuruq” mesajı kimi şərh edilib.

















Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti