“Bu xəbəri yayan kimdirsə, darıxır, deyəsən...”

“Bu xəbəri yayan kimdirsə, darıxır, deyəsən...”
  03 Aprel 2013    Oxunub:1540
Eldar Qədimi onun artıq Gülər Əhmədovanın vəkili olmadığı və həbsdə sabiq deputata komfort şərait yaradılması barədə xəbərlərin doğru olmadığını bildirib.
“Bu xəbər tamamilə yanlışdır. Mən hələ də onun vəkilliyini edirəm. Yenə də həmin vəkillərdir- mən və Raqif Mustafayev. Bu yalan xəbərləri hardan çıxarırlar axı?”

Bunu AzVision.az-a Gülər Əhmədovanın vəkili Eldar Qədimi onun artıq sabiq deputatın hüquqlarını müdafiə etməyəcəyi barədə xəbərə münasibət bildirərkən deyib. Lakin mətbuatda yayılan xəbərə görə Gülər Əhmədovanı müdafiə etmək üçün yeni vəkillə razılıq əldə edilib. Bundan sonra Gülər Əhmədovanın hüquqlarını vəkil Mübariz Ağayevin müdafiə edəcəyi bildirilib.

Eldar Qədimi Gülər Əhmədovaya həbsdə soyuducu, mebel və rahatlığı üçün bütün təhcizat verilməsi ilə bağlı məlumata da aydınlıq gətirib: “Belə şeyi kim, necə yaza bilər? Ora heç kim buraxılmır ki, o şəraiti də görə bilə. İçəri girməyə icazə yoxdur. Hamısı şaiyədi. Bu şaiyəni yayanlara kim icazə verib görəsən içəri keçməyə? Bunu yayan kimdisə, darıxır deyəsən, yeni xəbər lazımdır ona”.

Qeyd edək ki, AzVision.az-a açıqlamasında vəkil Elçin Sadıqovun dediyi sözlərə görə, o, İstintaq Təsridxanasında olarkən deyilib ki, artıq Gülər Əhmədovanın otağında mətbəx quraşdırılıb, ona xüsusi soyuducu, mebel və rahatlığı üçün bütün təhcizat verilib.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti