"G7" ölkələri Rusiyaya sanksiyalar tətbiq etməyə hazırdır
Qeyd olunub ki, “G7” ölkələri Rusiya iqtisadiyyatı üçün dərhal və genişmiqyaslı nəticələrə səbəb olacaq sanksiyalar tətbiq etməyə hazırdırlar.
"Biz kollektiv şəkildə Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə səbəb olacaq iqtisadi və maliyyə sanksiyalarını tətbiq etməyə hazırıq. Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü tez və əlaqələndirilmiş güclü cavabla qarşılanacaq", - bəyanatında deyilir.
Bundan əvvəl o da məlum olub ki, “Yeddilik” ölkələrinin liderləri fevralın 24-də Ukrayna ətrafındakı vəziyyəti virtual formatda müzakirə etmək niyyətindədirlər. İclasda “Rusiya Ukraynanı işğal etmək qərarına gəldiyi halda, sanksiyaların mümkün tətbiqi qaldırılacaq”.
Xatırladaq ki, "G7"yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir. Daha əvvəl Rusiyanın da daxil olduğu qrup "G8" adlanırdı. Lakin Krımın ilhaqından sonra Rusiya qrupdan çıxarıldı.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: G7







Vaxtında, Aydın, Lazımlı!


