Fransada partlayışda 5 nəfər ölüb

Fransada partlayışda 5 nəfər ölüb
  14 Fevral 2022    Oxunub:1197
Fransanın cənubunda ərzaq mağazasında baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən “France Bleu” radiosu məlumat yayıb.

Qeyd olunub ki, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərdən biri yanğından xilas olmağa çalışaraq ikinci mərtəbədən özünü atıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Dörd nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, daha 25 nəfər təxliyə edilib. Yanğın ən azı 11 mənzili əhatə edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Fransa   Partlayış  



Xəbər lenti