Ermənilərin "baş taktiki" Qarabağ məğlubiyyətini araşdıracaq

Ermənilərin    "baş taktiki"    Qarabağ məğlubiyyətini araşdıracaq
  14 Fevral 2022    Oxunub:1452
44 günlük müharibəni araşdırmaq üçün yaradılmış komissiyanın iclasına Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Artsrun Ovanisyan da qatılacaq.AzVision.azxəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Köçəryan deyib.
Köçəryan jurnalistlərin Artsrunla bağlı irad bildirməsinə cavab olaraq keçmiş nazirlik rəsmisinin tərəfini tutub. O qeyd edib ki, hazırda Parlamentin Müdafiə Komitəsinin eksperti olan Artsrun Ovanisyan 44 günlük müharibənin öyrənilməsi işində iştirak edəcək.

Paşinyan İkinci Qarabağ müharibəsinə görə sorğu-sual ediləcək
- O çoxlu informasiyalara malikdir. Komissiyanın işi zamanı Ovanisyana çox ehtiyac olacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin İstintaq Komitəsinin 44 günlük müharibəni araşdıran komitəsinin ilk iclası bu gün keçirilib. Lakin müxalifət iclas zalını tərk edib.

Qeyd edək ki, Artsrun İkinci Qarabağ müharibəsi zamanı məğlubiyyəti ört-basdır edərkən "Taktiki geri çəkilmələr" etmişik fikri ilə məşhurlaşmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti