Military Watch: "Avropadakı ABŞ təyyarələri Rusiya üçün asan hədəf olacaq"

      Military Watch:   "Avropadakı ABŞ təyyarələri Rusiya üçün asan hədəf olacaq"
  14 Fevral 2022    Oxunub:1309
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik artdıqca, Qərbin Kiyevə dəstəyi özünü daha çox büruzə verir. Bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələrindən xüsusi bir qrupu Avropaya yerləşdirdi.
AzVision.az xəbər verir ki, Amerikanın "Military Watch" hərbi nəşri maraqlı bir təhlil dərc edərək diqqəti bu amilə çəkib.

CNN: "Rusiya isti havaya görə Ukraynaya hücum etməyəcək" - VİDEO
Nəşr xatırladıb ki, Vaşinqton "F-15 C/D Eagle" qırıcılarını Polşaya , "F-16"-nı isə Rumıniyaya göndərib. Amerikalı jurnalistlərinin fikrincə, Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin bu addıma cavab verə biləcəyi bir planları var.

- Onlar "AIM-120" hava-hava raketləri ilə təchiz olunublar. Bununla belə, bunların müasir rus qırıcılarına tab gətirmək qabiliyyətinin olması ABŞ hərbi rəsmiləri tərəfindən dəfələrlə şübhə altına alınıb,-məqalədə yazılıb.

Bildirilir ki, qırıcılardan əlavə, ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyaya dörd "B-52H" strateji bombardmançı yerləşdirib. Bu təyyarələr nüvə mərmilərindən istifadə edərək hədəfləri sərrast vura bilirlər. Amma müəlliflər qeyd edirlər ki, bununla belə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarə parkında olan texnikalar istənilən təhlükənin öhdəsindən gəlməyə qadirdirlər. Rusiyada düşmən təyyarələrinin yerləşdiyi aerodromları məhv etməyə qadir olan çoxlu müasir bombardmançı və zərbə qırıcıları mövcuddur.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Təyyarə   Müharibə  



Xəbər lenti