Berdıməhəmmədovun oğlu seçkilərdə namizəd olacaq
Qeyd edək ki, Fevralın 14-dən Türkmənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər.
Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir. Ölkədə sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib. Parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


