"Jirinovski süni nəfəs aparatına qoşulur"- REN TV

 "Jirinovski süni nəfəs aparatına qoşulur"-    REN TV
  14 Fevral 2022    Oxunub:2536
Rusiya Liberal Demokrat Partiyası(LDPR) Vladimir Jirinovskinin beynində iltihabın yaranması ilə bağlı xəbərləri təkzib edib. AzVision.az xəbər verir ki, yerli media üçün məlumat yayan partiya rəsmiləri 75 yaşlı deputatın vəziyyətinin stabil olduğunu deyiblər.
Qeyd edilir ki, Jirinoski sağalmaq üzrədir.

- Vladimir Jirinovski sağalır, köməkçiləri ilə əlaqə saxlayır, deputatlara və aparata göstərişlərini verir. O, Liberal Demokrat Partiyasına rəhbərlik etməyə davam edir və partiyada baş verən hər şeydən xəbərdardır, - partiyanın Telegram kanalında yazılıb.

Xatırladaq ki, yerli media həkimlərin Jirinovskiyə beyində iltihabın yaranması diaqnozunu qoyması barədə məlumat yaymışdı.

Siyasətçi hazırda Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə olunur. REN TV isə Jirinovskinin VİP otaqda qalması barədə məlumat yayıb. Telekanal qeyd edib ki, deputatın vəziyyəti ağır olaraq qalır və bəzən o, süni nəfəs aparatına qoşulur.

Qeyd edək ki, Jirinovski fevralın 2-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, siyasətçiyə "omikron" ştammı diaqnozu qoyulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti