Zelenski: "Rusiyanı hansı sanksiyalar gözlədiyini bilmirəm"

   Zelenski:    "Rusiyanı hansı sanksiyalar gözlədiyini bilmirəm"
  14 Fevral 2022    Oxunub:2005
Ukrayna prezidenti Vladimir Zelenski eskalasiya halında Qərb tərəfdaşlarının Rusiyaya hansı sanksiyaları tətbiq edəcəyini bilmədiyini deyib. O, ünsiyyətdə olduğu liderlərdən heç birinin bu mövzuda konkret cavab vermədiyini söyləyib.
AzVision.az xəbər verir ki, Ukrayna lideri jurnalistlərə açıqlamasında bu mövzuda səmimi fikirlər səsləndirdiyini deyib.

- Sanksiya siyasətinə gəlincə, biz bu məsələni təkcə cənab Şolz qarşısında qaldırmadıq. Rusiya Federasiyasına qarşı eskalasiya halında hansı sanksiyaların tətbiq ediləcəyi sualına cavabım yoxdur... İnanın mənə ki, konkret cavabı son aylarda dəfələrlə liderlərdən soruşmuşam. Amma, özüm də almamışam, - Zelenski Almaniya kansleri Olaf Şolzla görüşün yekunlarına dair brifinqdə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti