ABŞ Polşaya daha 8 F35 qırıcısı göndərib

ABŞ Polşaya daha 8  F35 qırıcısı  göndərib
  14 Fevral 2022    Oxunub:1782
ABŞ NATO "AirPolicing" missiyası çərçivəsində daha səkkiz F-15 qırıcısısını Polşaya göndərib. AzVision.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
- Daha bir Amerika F-15 qırıcısı bu gün Laskadakı aviabazaya eniş etdi. Keçən həftə Polşaya gələnlərə səkkiz təyyarə də qoşulacaq. "NATOAirPolicing" missiyasının bir hissəsi olaraq biz regionda təhlükəsizliyin qayğısına qalırıq, - Blaşçak "Twitter"də yazıb.

Conson Ukrayna haqqında: "Vəziyyət çox-çox təhlükəlidir"
Qeyd edək ki, NATO "AirPolicing" sülh zamanı həyata keçirilən bir missiyasıdır. Onun məqsədi Şimali Atlantika Alyansının hava məkanının təhlükəsizliyini təmin etməkdir. NATO "AirPolicing" missiyası hava məkanının mümkün pozuntularına tez reaksiya verməyə hazır olan qırıcı təyyarələrin və ekipajların daimi mövcudluğunu nəzərdə tutur. Hazırda ABŞ və Böyük Britaniya Polşaya əlavə olaraq 1700 və 350 əsgər göndərib.

Xatırladaq ki, bundan əvvəl NATO "AirPolicing" missiyası çərçivəsində Amerikanın 15 F-15 qırıcısı Polşaya göndərilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   ABŞ  



Xəbər lenti