Blinken ABŞ səfirliyinin Lvova köçürülməsinin səbəbini açıqlayıb
Məsələyə reaksiya verən ABŞ dövlət katibi Entoni Blinken deyib ki, ölkəsi Ukraynadakı səfirliyinin yerini müvəqqəti dəyişib.
- Rusiya qüvvələrinin (Ukrayna ilə sərhəd yaxınlığındakı ordu-red.) əhəmiyyətli dərəcədə artırılmasını nəzərə alaraq, biz Ukraynadakı səfirliyimizi müvəqqəti olaraq Kiyevdən Lvova köçürürük, - ABŞ dövlət katibinin bəyanatında deyilir.
Onun sözlərinə görə, diplomatik nümayəndəlik “Ukrayna hökuməti ilə əlaqələri davam etdirəcək” və eskalasiyanın olmaması üçün diplomatik səylərin əlaqələndirilməsini dəstəkləyəcək.
Qeyd edək ki, son günlər Rusiya ilə Ukrayna arasında müharibə ehtimal artdığı üçün bir sıra ölkələr öz vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


