Quttereş Rusiya və Ukraynanın XİN başçıları ilə danışıb

Quttereş Rusiya və Ukraynanın XİN başçıları ilə danışıb
  14 Fevral 2022    Oxunub:1512
Bu gün BMT baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda onlayn danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

"BMT-nin baş katibi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə videogörüş keçirib. Baş katib Ukrayna xarici işlər naziri ilə də çox qısa danışıb", - Düjarrik deyib.

Onun sözlərinə görə, Quterreş bu gün həmçinin Ukrayna ilə bağlı bəyanat verəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti