Kişiliyə görə 7 il həbs – Foto+Video

// Rus qadını müdafiə edən azərbaycanlılar belə “mükafatlandırılır”

   Kişiliyə görə 7 il həbs –    Foto+Video
  15 Fevral 2022    Oxunub:10673
Bugünlərdə Kuzbasda yerli əhali, qaraçılar və azərbaycanlıların arasında düşən dava gözlənilməz sonluqla qurtarıb. Hər şey ondan başlayıb ki, Kemerovo vilayətinin Tyajinsk qəsəbəsində yerləşən “Elbrus” kafesində bir azərbaycanlı qaraçıların hücum çəkdikləri rus qızı müdafiə edib. Sonradan məlum olub ki, qaraçılar həmin qıza aliment iddiasını geri götürməsi üçün təzyiq edirmişlər.
Bir neçə il öncə Alyona qaraçıdan uşaq dünyaya gətirib, sonra isə uşağına baxmayan “ata”ya qarşı aliment iddiası qaldırıb. Aradan keçən müddətdə ödənilməyən məbləğ xeyli böyüyüb. İndi uşağın atası Alyonadan iddiasını geri götürməyi tələb edir. Qadın razılaşmayanda isə tayfasının üzvlərilə ona hücum çəkib, möhkəm döyərək burnunu və çənəsini sındırıblar.


Kafedəki çəkişmə tezliklə əsl davaya çevrilib. Söhbətə qarışan azərbaycanlı Aslan Bayramov qadını qaraçılardan qorumağa çalışıb.



Qaraçılar isə köməyə yeni adamlar çağıraraq, “söhbət”i kafedən kənarda da davam etdiriblər. Nəticədə bir neçə avtomobilə ziyan dəyib. Dava isə səhəri gün də davam etdirilib.



Rusiya polisi Cinayət Məcəlləsinin 213.2 maddəsi ilə (“Xuliqanlıq”) cinayət işi açaraq, rus qadını qaraçılardan qoruyan azərbaycanlını – Aslan Bayramovu, həmçinin onun qardaşları Namiq və Emil bayramovları saxlayıb. Onların hər üçün Tyajinsk qəsəbəsinin sakinləridir. İndi qardaşları 7 ilə qədər həbs cəzası gözləyə bilər.


Çox təəssüf ki, yerli media davanı milli zəmində təqdim etməyə çalışır. Halbuki, həm şahidlərin, həm də Alyonanın özünün dediklərinə, sosial şəbəkədə paylaşılan materiallara görə, heç bir milli mübahisə olmayıb, azərbaycanlılar sadəcə, qızı qaraçılardan müdafiə etməyə çalışıblar.


- Əsl kişi kimi davranan günahsız insanları həbs ediblər. Əgər onlar məsələyə qarışmasaydılar, hər şeyin necə qurtaracağını təsəvvür etmək çox çətindir, - Alyona sosial şəbəkə hesabında yazıb.


Hazırda araşdırma davam edir. Rusiya polisinin kütləvi davada iştirak edən qaraçılardan niyə heç birini saxlamaması hətta yerli sakinlərdə də sual doğurur.

Biz inanmaq istəyirik ki, Rusiya polisi də bu məsələdə ictimaiyyəti kimi ədalətli və vicdanlı mövqe tutacaq.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Rusiya   Dava  



Xəbər lenti