"Putin təhlükəsizlik danışıqlarına hazırdır" - Peskov
“Birincisi, prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Faktiki olaraq o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı oldu. Ukrayna Rusiya üçün təhlükəsizlik təminatı ilə bağlı daha böyük problemin yalnız bir hissəsidir və əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”, - Peskov bildirib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Peskov bu cür məlumatı əsassız adlandırıb və deyib ki, Rusiya heç kim üçün təhlükə yaratmır.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Peskov







Vaxtında, Aydın, Lazımlı!


