"Altılıq" formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər" - Lavrov

"Altılıq" formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər" -    Lavrov
  15 Fevral 2022    Oxunub:1200
"Ümid edilir ki, 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) çərçivəsində Tehranda keçiriləcək növbəti iclas region ölkələrinin mənafeyini daha artıq təmin etməsi ilə nəticələnəcək".
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon söhbətində deyib.

Rusiya xarici işlər naziri İranın "3+3" formatı çərçivəsində 2-ci iclasa ev sahibliyi etməsini alqışlayıb.

Söhbət zamanı Abdullahian da Cənubi Qafqazla əlaqədar "3+3" formatı çərçivəsində 2-ci iclasını böyük fürsət adlandırıb.

İranın XİN başçısının sözlərinə görə, bu iclas region ölkələri və xalqlarının mənafeyi istiqamətində regional əməkdaşlığı möhkəmləndirmək və həmrəylik üçün önəmlidir.

AzVision.az



Teqlər: İran-XİN   Lavrov  



Xəbər lenti