Taliban 150 minlik peşəkar ordu yaradır

Taliban    150 minlik    peşəkar ordu yaradır
  15 Fevral 2022    Oxunub:1092
Taliban hərəkatı 150 min nəfərlik yeni ordu yaratmaq niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə "Baxtar" xəbər agentliyi Taliban hökumətinin Müdafiə Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hərbi təcrübəsi olan, hətta əvvəlki rejim dövründə orduda xidmət edənlərin hamısı yeni ordunun formalaşmasına cəlb olunacaqlar.

Taliban rəsmiləri yeni ordunun yaradılmasının çoxlu peşəkar kadrlar tələb edəcəyini düşünürlər və hazırda bu məsələni həll etməyə çalışırlar. Eyni zamanda, rəhbərlik bir sıra qonşu dövlətlərlə hərbi texnika və silah-sursatının alınması istiqamətində danışıqlar aparır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Taliban   Ordu  



Xəbər lenti