İsrail prezidentinin Türkiyəyə səfər tarixi açıqlanıb

   İsrail prezidentinin    Türkiyəyə səfər tarixi    açıqlanıb
  15 Fevral 2022    Oxunub:1751
İsrail prezidenti İsaak Hersoq 9-10 mart tarixlərində Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl 16-17 fevral tarixlərində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal Fələstin və İsrailə səfər edəcəklər. Nümayəndə heyətini Fələstin lideri Mahmud Abbas qəbul edəcək. Onların digər Fələstin rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.

Nümayəndə heyəti İsrail rəsmiləri ilə görüşəcək və prezident İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, 2022-ci ilin yanvarında iki ölkənin xarici işlər nazirləri son 13 ildə ilk dəfə telefonla danışıblar.

İsrailin xarici işlər və enerji nazirləri Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcəklər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İsrail-Prezidenti   Türkiyə   Səfər  



Xəbər lenti