Hulusi Akar virusdan sağalıb

Hulusi Akar virusdan sağalıb
  15 Fevral 2022    Oxunub:1005
Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusdan sağalıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

"Yüngül simptomlardan sonra testlərimiz çox şükür mənfi oldu. İşimizə davam edirik. Bu gün NATO-nun müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gedəcəyik", - Akar vurğulayıb.

O, bu müddət ərzində səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib: "Zəng edən, maraqlanan, dualarını əskik etməyən dəyərli ağsaqqallarımıza, dost və qardaşlarımıza, vətəndaşlarımıza, həmkarlarımıza təşəkkür edir, sevgi, sayğı və minnətdarlığımı bildirirəm”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hulusi-Akar  



Xəbər lenti