Azərbaycan vətəndaşları Ermənistanda 6 mülk alıb
Qeyd edilir ki, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012-ci il). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt də alınıb.
- Qeyd edək ki, söhbət yalnız Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığınını isə deyə bilmərik,-məqalədə yazılıb.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i isə dəyişdirilib. Bundan əlavə onlar 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi də alıblar.
- Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərdə olub. Qeyd olunan dövrdə Türkiyə, yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


