ABŞ Rusiyaya qarşı məcburi qüvvəsi olmayan qətnamə hazırlayır
Bildirilib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin rəhbəri Bob Menendes komitə üzvü respublikaçı həmkarı Cim Rişə daha bir sanksiya sazişi təklif edib. Bununla belə, Rişin sözlərinə görə, demokratın təklifini dəyərləndirmək üçün ona vaxt lazımdır. Riş Senatın Rusiya ilə bağlı digər tədbirlərini, məsələn, məcburi qüvvəsi olmayan qətnamə və komitə rəhbərlərinin və hər iki partiya liderlərinin mümkün birgə bəyanatını dəstəkləyib.
Senatorların fikrincə, ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı mövcud qanunvericiliyə əsaslanaraq sanksiyalar tətbiq etmək hüququ var.
Xatırladaq ki, Qərb Rusiyanı Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək planlarında ittiham edir. Moskva isə bunu qəti şəkildə inkar edir və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu bildirir.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


