"Putin Ukraynaya "hücum" planı ilə bağlı bəyanatları zarafatla qarşılayır"

 "Putin Ukraynaya  "hücum" planı  ilə bağlı bəyanatları zarafatla qarşılayır"
  15 Fevral 2022    Oxunub:2095
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Co Baydenin Rusiyanın fevralın 16-da Ukraynaya ehtimal edilən hücumu ilə bağlı bəyanatını şərh edib.
AzVision.az xəbər verir ki, Peskov bu açıqlamanı Avropada gərginliyi artırmaq üçün görünməmiş kampaniya adlandırıb.

“Həqiqətən, bundan bütün dünya hərarət içindir. Bu, Avropada gərginliyi artırmaq və gücləndirmək üçün informasiya kampaniyasından başqa bir şey deyil”, - Peskov deyib.

Onun sözlərinə görə, prezident Putin bəzən Rusiyanın guya Ukraynaya planlaşdırdığı hücum tarixi ilə bağlı xəbərlərə zarafatla yanaşır. Belə maniakal informasiya cığallığına anlayışla yanaşmaq mümkün deyil

"Bunu (Rusiyanın Ukraynaya planlaşdırılan işğalının tarixləri ilə bağlı xəbərlər) başa düşmək çətindir. Bəzən Putin hətta zarafat edir - o, müharibənin başlayacağı ilə bağlı dəqiq saatın hardasa dərc edilib-edilmədiyini bilmək istəyir", - o söyləyib.

Xatırladaq ki, bundan əvvəl xarici KİV Baydenin öz müttəfiqlərinə Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyini söyləməsi barədə məliumat yayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov  



Xəbər lenti