"ABŞ sualtı qayığı Rusiya sularında məxfi avadanlıq itirib" - Vzqlyad

  "ABŞ sualtı qayığı Rusiya sularında məxfi avadanlıq itirib" -    Vzqlyad
  15 Fevral 2022    Oxunub:1742
Bu günlərdə Rusiya ilə ABŞ arasında dənizdə hərbi qalmaqal yaşandı. Fevralın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı Kuril istiqamətin Rusiyanın ərazi sularını daxil olmuşdu.
"Virciniya" sualtı gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib. Bu gün Rusiya mediası yazıb ki, insident zamanı tələsik şəkildə ərazini tərk edən ABŞ hərbçiləri Rusiya sularında məxfi sayılan bəzi avadanlıqları tərk ediblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın "Vzqlyad" nəşri məlumat yayıb.

Rusiyalı general: "Ukrayna ordusunda çaxnaşmaya səbəb olacaq zərbələr vurulacaq"
- Hadisə zamanı Amerika sualtı qayığı imitator funksiyasını yerinə yetirən xüsusi hidroakustik cihazından istifadə edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin qeyri-döyüş şəraitində belə avadanlıqların istifadəsinə ciddi məhdudiyyətlər qoymasına baxmayaraq, "Virciniya"nın ekipajı bu qurğudan istifadə edib. Nəticədə o bataraq dənizin dibinə düşüb. Əgər avadanlığın qərq olduğu yer Rusiyanın ərazi sularına aid olsa, o zaman cihazın qaldırılmasına Rusiya Hərbi Dəniz Qüvvələri cəlb olunacaq,-məqalə müəllifi yazıb.

Qeyd edilir ki, məlum məxfi cihaz Rusiyaya ABŞ Hərbi Dəniz Qüvvələrinin, xüsusən də torpedalara və hidroakustik sistemlərə qarşı mübarizə baxımından hazırkı yeniliklərini araşdırmağa kömək edə biləcək. Çünki o, özündə bir sıra məxfi məlumatları daşıyır.

- Belə dəyərli məlumatların itirilməsi ABŞ Hərbi Dəniz Qüvvələrinə ciddi zərbə ola bilər,-nəşr yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti