"Rusiya enerji təchizatının pozulmasına yol verməyib" - Putin

 "Rusiya enerji təchizatının pozulmasına yol verməyib" -    Putin
  15 Fevral 2022    Oxunub:1944
“Rusiya Federasiyası enerji resurslarının etibarlı təchizatçısıdır”. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.
"Rusiya uzun müddətdir ki, enerji resurslarının etibarlı təchizatçısıdır. Bütün bu onilliklər ərzində Rusiyadan enerji resurslarının tədarükündə heç bir pozulma olmayıb", - Putin söyləyib.

O, hər şeyin bazar prinsipləri əsasında həyata keçirildiyini, buna şübhə ola bilməyəcəyini və iqtisadi fəaliyyət iştirakçılarının bir-birini çoxdan tanıdıqlarını, onların etimadının yüksək olduğunu vurğulayıb.

“Bundan başqa, biz qərar qəbul etdik və bu, müəyyən dərəcədə vacib bir qərardır: alman tərəfdaşlarına mədən aktivlərinə giriş imkanı verdik, nəqliyyat təchizatının təşkili üzərində birgə işləyirik, şirkətlərimiz Federativ Respublikada çalışır ”, - Rusiya lideri əlavə edib.

Putin bildirib ki, Berlin Moskvanın ümumilikdə, xüsusilə də Avropada əsas tərəfdaşlarından biridir: "Avropaya gəlincə, bu, bizim ən böyük, ən böyük ticarət və iqtisadi tərəfdaşımızdır. Pandemiya dövrünün bütün çətinliklərinə baxmayaraq, keçən il ticarətdə 36%-dən çox artım olub. Bu, əlbəttə ki, yaxşı göstəricidir”.

O, həmçinin bildirib ki, Almaniyadan olan yüzlərlə şirkət Rusiyada fəaliyyət göstərir, onlar Rusiya iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyublar: "Rusiya şirkətləri də öz növbəsində 10 milyard dollardan çox sərmayə qoyub. Bu, həm də Almaniya iqtisadiyyatının inkişafına və iş yerlərinin saxlanmasına çox yaxşı töhfədir".

Putin əlavə edib ki, son vaxtlar münasibətlərimizin şaxələndirilməsi ilə yaxından məşğul olmuşuq və onlar həqiqətən də müxtəlif istiqamətlərdə inkişaf edir. Amma təbii ki, ənənəvi olaraq, enerji prioritet sahələrdən biridir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   Şolts  



Xəbər lenti