Voskanyan "Köçəryan işi" nə görə dindirilib

   Voskanyan    "Köçəryan işi"   nə görə dindirilib
  15 Fevral 2022    Oxunub:1389
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan eks-prezident Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə dindirilib.
AzVision.az xəbər verir ki, bu barədə baş prokurorun müavini və Köçəryanın işi üzrə prokurorlardan biri olan Gevork Bağdasaryan jurnalistlərə bildiriblər.

- O, dindirilib. Bu işdə o, şahid statusundadır. Başqa təfərrüat verə bilmərəm, - Baqdasaryan məhkəmə iclasından sonra deyib.

Qeyd edək ki, bundan əvvəl prokuror Petros Petrosyan ittihamın yekun hissəsində bildirmişdi ki, iş adamı Silva Hambardzumyan Vardan Oskanyanın tanışı vasitəsilə rüşvət vermək üçün Armen Gevorqyan və Robert Köçəryana müraciət edib.
Oskanyan isə bildirib ki, Gevorqyanın adından gələn pul iş adamı Samvel Mairapetyana verilməli idi.

Xatırladaq ki, eks-prezident Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorqyan xüsusi cinayət işi üzrə ittiham olunurlar. Köçəryan külli miqdarda rüşvət almaqda, baş nazirin keçmiş müavini isə çirkli pulların yuyulmasında ittiham olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti