Rusiya Ukrayna sərhədindəki bəzi qoşunları geri çəkib

   Rusiya Ukrayna sərhədindəki bəzi qoşunları geri çəkib
  15 Fevral 2022    Oxunub:1517
Rusiya Ukrayna sərhədləri yaxınlığında topladığı bəzi qoşun bölmələrinin geri, bazaya qayıtdığını bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilir ki, Ukraynanın şərqi, cənubu və şimalına yaxın ərazilərdə cəmləşdirilən və sayı təxminən 130 min olan hərbçilərin nə qədərinin geri çəkilməsi hələ dəqiq məlum deyil. Bu xəbər Britaniya və Ukraynada bir qədər həyəcan doğurub və maliyyə bazarlarında kəskin canlanmaya səbəb olub.

- Biz həmişə onu qeyd etmişik ki əməliyyatlar başa çatdıqdan sonra qoşun bazaya geri qayıdacaq. Bu dəfə də belə oldu,- Kremlin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, Rusiya rəsmiləri iddia edirlər ki onların qonşusuna qarşı heç bir işğal planı yoxdur.

Aytən Əzimova
AzVision.az



Teqlər:



Xəbər lenti