"Bizə 30 ildir deyirlər ki, NATO genişlənməyəcək" - Putin

   "Bizə 30 ildir deyirlər ki, NATO genişlənməyəcək" -    Putin
  15 Fevral 2022    Oxunub:1793
"NATO Rusiya sərhədlərinə doğru genişlənməkdə davam edir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla danışıqların yekunlarına dair mətbuat konfransında deyib

"NATO-nun genişlənməsi məsələsi ilə bağlı. Siz çox gözəl bir ifadə dediniz: "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər” nə deməkdir? Biz sizinlə dövlətlərarası münasibətlərdə “deyirlər" ifadəsinin nə demək olduğunu başa düşməliyik. 30 ildir bizə söyləyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq. Amma bu gün biz NATO infrastrukturunu öz evimizdə görürük”, - Putin bildirib.

Xatırladaq ki, bu gün Putin və Almaniya kansleri Moskvda danışıqlar aparıblar.

AzVision.az



Teqlər: Putin   NATO  



Xəbər lenti