"Bizə 30 ildir deyirlər ki, NATO genişlənməyəcək" - Putin
"NATO-nun genişlənməsi məsələsi ilə bağlı. Siz çox gözəl bir ifadə dediniz: "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər” nə deməkdir? Biz sizinlə dövlətlərarası münasibətlərdə “deyirlər" ifadəsinin nə demək olduğunu başa düşməliyik. 30 ildir bizə söyləyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq. Amma bu gün biz NATO infrastrukturunu öz evimizdə görürük”, - Putin bildirib.
Xatırladaq ki, bu gün Putin və Almaniya kansleri Moskvda danışıqlar aparıblar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


