Lavrov və Blinken telefonda danışıb

Lavrov və Blinken telefonda danışıb
  15 Fevral 2022    Oxunub:1384
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sergey Lavrov telefon danışığı zamanı aqressiv ritorikanın yolverilməzliyini qeyd edib: "Rusiyanın XİN rəhbəri Vaşinqton və onun ən yaxın müttəfiqləri tərəfindən sərgilənən aqressiv ritorikanın yolverilməzliyini vurğuladı", - açıqlamada qeyd edilib.

Bildirilib ki, tərəflər müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini müzakirə ediblər.

Telefon danışığı Amerikanın təşəbbüsü ilə baş tutub.

AzVision.az



Teqlər: Lavrov   Blinken  



Xəbər lenti