Avropanın 9 ölkəsinin Baş qərargah rəisləri Ukraynanı müzakirə edib
"Birgə Ekspedisiya Qüvvələri Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizində Avropa təhlükəsizliyinin təmin edilməsində öz effektivliyini nümayiş etdirməyə davam edir. Rəqabət və qarşıdurma dünyasında bizim kimi həmfikir ölkələrin ümumi dəyərləri və Avropada təhlükəsizlik və sabitliyin əsasını təşkil edən qayda və azadlıqları müdafiə etmək üçün bir araya gəlməsi çox vacibdir", - Böyük Britaniya, Danimarka, Latviya, islandiya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya Baş Qərargah rəislərinin birgə bəyanatında deyilir.
Qeyd edilir ki, Ukrayna sərhədindəki vəziyyət və Rusiyanın Avro-Atlantik regionunda hərbi fəallığı Böyük Britaniya və Avropadakı müttəfiqlərin və tərəfdaşların birliyinin vacibliyini vurğulayır.
"Biz gələcək planlarımız haqqında məhsuldar danışıqlar apardıq və Şimali Avropanın təhlükəsizliyinə və sabitliyinə sadiqliyimizi bir daha bəyan etdik", - bəyanatda bildirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


