Bayden Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək

 Bayden Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək
  15 Fevral 2022    Oxunub:2311
ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ liderinin çıxışı yerli vaxtla 15:30-da ( Bakı vaxtı - 00:30) başlayacaq.

“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, - Ağ Evin açıqlamasında deyilir.

Vurğulanıb ki, ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır.

Ağ Evdən "Reuters"ə bildirilib ki,Bayden Ukrayna ilə bağlı hər hansı yeni siyasət elan etməyəcək.

AzVision.az



Teqlər: Bayden   Ukrayna   Çıxış  



Xəbər lenti