Makron Putini separatçı rejimləri tanımamağa çağırıb

Makron Putini separatçı rejimləri tanımamağa çağırıb
  15 Fevral 2022    Oxunub:1648
Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putini qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanımamağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın "CNN" telekanalı məlumat yayıb.

Bu gün Dövlət Duması Rusiya prezidentinə ünvanlanan separatçı DXR və LXP-nin tanınmasının zəruriliyi ilə bağlı müraciətə səs verib.

Putin Moskvada Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbass probleminin həlli üçün hər şeyi edəcəyini bildirib.

“Biz ayıq-sayıq qalırıq və Putindən Dumanın tələbini yerinə yetirməməyi xahiş edirik”, – Yelisey sarayının nümayəndəsi deyib.

AzVision.az



Teqlər: Makron   Putin  



Xəbər lenti