Ukrayna NATO-dan yardım istədi

 Ukrayna NATO-dan yardım istədi
  15 Fevral 2022    Oxunub:2752
Ukrayna mülki əhaliyə təsir edə biləcək fərqli xarakterli genişmiqyaslı fövqəladə hallar zamanı NATO-dan beynəlxalq yardım istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın Fövqəladə Hallar Xidməti mülki əhaliyə toxuna biləcək fərqli xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Fəlakətlərə Cavab və Koordinasiya Mərkəzi (EADRCC) fevralın 15-də Ukraynadan beynəlxalq yardım üçün müraciət alıb”, - NATO-nun mətbuat xidmətindən bildirilib.

Alyans sorğunun təfərrüatlarını açıqlamayıb.

Avro-Atlantik Fəlakətlərə Cavab və Koordinasiya Mərkəzi NATO-nun Avro-Atlantik məkanında əsas mülki fövqəladə hallara reaksiya mexanizmidir. Onun vəzifəsi təbii və texnogen fəlakətlər zamanı yardım üçün daxil olan müraciətləri və təklifləri əlaqələndirməkdir.

Zərər çəkən dövlət adətən bu strukturu fövqəladə vəziyyətə qarşı xüsusi ehtiyaclar barədə məlumatlandırır, bundan sonra NATO ölkələri və tərəfdaş dövlətlər ona müvafiq məbləğdə yardım ayırırlar.

AzVision.az



Teqlər: NATO   Ukrayna  



Xəbər lenti