Blinken: “Bu həftə Ukraynaya hücum tamamilə mümkündür”

      Blinken:    “Bu həftə Ukraynaya hücum tamamilə mümkündür”
  16 Fevral 2022    Oxunub:1587
“Rusiya qüvvələrinin Ukraynanı əhatə edən ərazilərdə yerləşdirilməsi ilə bağlı baş verənlərə nəzər salsanız, bu həftə başlayan hücum aktı tamamilə mümkündür”.

AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “France 24” telekanalına müsahibəsində bu həftə Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə daha çox hərbi bölmə yerləşdirməklə vəziyyəti gərginləşdirir: “Hərbi təcavüz davam edərsə, biz bütün Avropalı müttəfiqlərimizlə koordinasiyalı şəkildə buna tam hazırıq”.

AzVision.az


Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti